BAKALAVR PİLLƏSİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Sumqayıt Dövlət Universitetində abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq
Sumqayıt Dövlət Universitetində 2022‒2023-cü tədris ilində bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olub onlayn formada qeydiyyatdan keçə bilərlər.
Onlayn qeydiyyat üçün tələb olunan sənədlər:
1. İş nömrəsi (6 rəqəmli) və FİN kod;
2. Attestat və ya subbakalavr diplomunun surəti;
3. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırış vəsiqəsi) surəti;
4. Ödənişli əsaslarla qəbul olan abituriyentlərdən təhsil haqqının ödənilməsi barədə qəbzin surəti. Təhsil haqqı Kapital bank ASC-nin respublika üzrə istənilən filialında Sumqayıt Dövlət Universitetinin hesabına, abituriyentin adı, soyadı, ata adı və şəxsiyyət vəsiqəsinin seriyası qeyd olunmaqla ödənilir.
Tələbələrin ödəniş etmək üçün imkanları
Ödəniş etmək üçün detallı izahlar:
Addım 1:
Tələbə şəxsi kabinetindən ödəniş edə bilər.
Addım 2:
Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər.
Addım 3:
Ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edir.
Addım 4:
Xidmətindən istifadə etdiyi bankın mobil aplikasiyası vasitəsilə ödənişləri həmin aplikasiyanın müvafiq bölməsindən edə bilər.
İmtiyazlı abituriyentlər tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir:
a) Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş abituriyentlər:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Valideyn(lər)in ölüm haqqında şəhadətnaməsinin surəti;
3. Valideynin əlillik haqqında sənədinin surəti.
b) Məcburi köçkün olan abituriyentlər:
1. Özünün məcburi köçkün vəsiqəsinin surəti;
c) I və II dərəcə əlilliyi olan şəxslər, eləcə də 18 yaşınadək sağlamlıq imkanları məhdud olan abituriyentlərin sənədlərinin surəti.
d) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Valideynin əlillik haqqında arayışının surəti.
e) Şəhid ailəsinin üzvü olan abituriyentlər:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Valideyninin və ya himayədarının şəhid statusunu təsdiq edən vəsiqəsinin surəti.
Qeydiyyatı təsdiqlənmiş abituriyentlər aşağıda göstərilən sənədləri SDU-ya gələn zaman müvafiq fakültələrinə təqdim etməlidir:
1. Şəxsiyyət vəsiqəsinin 3 ədəd surəti;
2. Attestatın əsli;
3. Subbakalavr diplomun əsli;
4. 4 ədəd 3x4 sm ölçülü fotoşəkil;
5. Tibbi arayış;
6. Ödənişli əsaslarla qəbul olmuş, Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.
Onlayn qeydiyyat sentyabrın 2-dən 12-dək davam edəcək.
Sənəd Qəbulu Komissiyası hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərir.
Sumqayıt Dövlət Universitetinə daxil olmuş abituriyentlər əlavə məlumat əldə etmək üçün ixisaslarına uyğun fakültə ilə əlaqə saxlaya bilərlər.
Tarix və coğrafiya 64 4 85 34
Mühəndislik 64 4 89 06
Kimya və biologiya 64 4 70 89
İqtisadiyyat və idarəetmə 64 4 85 31
Filologiya 65 5 27 78
Riyaziyyat 64 4 85 32
Fizika və elektroenergetika 64 4 89 11
Qeydiyyatdan keçmək istəyən abituriyentlərin nəzərinə:
Universitetdə xarici dil seçiminin (ingilis və ya rus dili) əvvəldən məlum olması üçün portal.edu.az saytındakı şəxsi kabinetinizdəki sənədlərin sırasında dil seçiminiz əks olunan vərəqin şəkli (jpg formatında) tələbələrin dillərə görə qruplaşdırılmasının operativliyini təmin etmək üçün vacibdir.