Oktyabr ayının 2-də universietimizdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə “Punktual gənc” adlı layihəsi çərçivəsində “Vaxtın idarə edilməsi” mövzusunda təlim keçirildi.
Layihə çərçivəsində nəzərdə tutulan təlim ilk olaraq Sumqayıt şəhərində, Sumqayıt Dövlət Universitetində, daha sonra Xırdalan və Bakıda da keçirilməsi nəzərdə tutulur.
ATGTİ-nin icraçı direktoru, “Punktual gənc” layihəsinin təlimçisi Şəmsi Gülverdi çıxışında bildirdi ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməklə yanaşı həmçinin tələbələrin asudə vaxtının səmərəli təşkilinə nail olmaqdır. “Punktual gənc” adlı layihə həmin məqsədlərə uyğun olaraq, gənclərin vaxtdan səmərəli istifadə etmə, vaxtın düzgün bölüşdürülməsi, idarə edilməsi ilə bağlı maarifləndirilmə, onlarda bu vərdişlərin formalaşmaşdırılmasına xidmət edir.
Təlimdə “Vaxtın idarə edilməsi” mövzusu ilə bağlı hazırlanmış psixoloji test tələbələrin marağına səbəb oldu.
Universitetimizin TGT-nin sədri Elvin Gülməmmədov və sədr müavini Gülnar Əsədova təşkilat adından yaradılan şəraitə görə universitet rəhbərliyinə şəxsən rektor, professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi.
Sonda Azərbaycan Gənclər Fondu tərəfindən “Punktual gənc” adlı layihəsində uğurlu iştiraka görə tələbələr sertifikatla təltif olundular.
Mətbuat xidməti