Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Sentyabrın 27-də Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırıldı.
Anım Günü ilə əlaqədar olaraq, Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və tələbə heyəti əvvəlcə universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətindəki xatirə abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri düzdülər.
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Qeyd edək ki, unversitetin foyesində yerləşən monitorlarda Vətən müharibəsini əks etdirən videoçarx nümayiş olundu.
Mətbuat xidməti