Oktyabrın 2-də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri ilə görüşdü.
YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin 650-yə yaxın üzvünün iştirak etdiyi tədbirdə icra başçısı Zakir Fərəcov çıxış edərək Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, ölkənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açdı. O, Sumqayıtın idarə və təşkilatlarında rəhbər vəzifələrdə gənclərə üstünlük veriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə Sumqayıt Dövlət Universitetini təmsil edən Sosiologiya və politologiya kafedrasının baş müəllimi Zahid Bünyadov çıxışında qeyd etdi ki, hər bir dövlətin müstəqilliyinin möhkəmlədirilməsinin, dövlətçiliyinin gücləndirilməsinin əsası elmə və elm adamlarına göstərilən qayğıdan asılıdır. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində müasir Azərbaycan elmi və təhsili beynəlxalq təcrübəyə əsaslanaraq sürətlə inkişaf edir. Prezident cənab İlham Əliyev tərəfindən təhsilin müasir infrastrukturunun yaradılması və möhkəmləndirilməsi istiqamətində 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı Dövlət Strategiyası”na əsaslanaraq universitetimizin rektoru, professor Elxan Hüseynovun rəhbərliyi ilə kompleks quruculuq işləri həyata keçirilir, elmi potensial və maddi-texniki baza zənginləşdirilir, tədris prosesində innovativ təlim texnologiyalarından geniş istifadə olunur, yeni elmi mərkəzlər və laboratoriyalar açılır, müəllimlərin sosial müdafiəsi artırılır. Biz gənc alimlərin qarşısında duran əsas vəzifə elmin və təhsilin inkişafında birlik və bərabərlik nümayiş etdirməkdir.
Çıxış üçün söz alan İqtisadiyyat ə idarəetmə fakültəsinin IV kurs tələbəsi Şənlik Əliyev ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və beynəlxalq arenada tutduğumuz inamlı mövqeyimizin gənclərimizin təhsilində dinamik inkişaf üçün müsbət şərait yaratdığını qeyd etdi. Universitetimizdə təhsil alan gənclərin cəmiyyətdə tutduğu yeri nəzərə alaraq onların vətəndaşlıq mövqeyinin formalaşması, vətənpərvərlik tərbiyəsi, istedad və yaradıcılıqlarının aşkar edilməsi, dünya görüşlərinin artırılması və asudə vaxtlarınınsəmərəli təşkil edilməsi üçün YAP Gənclər Birliyi,Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı ilə yanaşı Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini dxüsusi vurğulamaq istərdim. Biz gənclər Azərbaycan Respublikasının və onun parlaq gələcəyinin inkişafı üçün sədaqətimiz və varlığımızla çalışacağıqTədbirdə Sumqayıt şəhərinin ictimai-siyasi həyatında fəal iştirakına görə universitetimizin əməkdaşlarına fəxri fərmanlar təqdim edildi.
Mətbuat xidməti