Oktyabrın 2-də Elmi şura səs çoxluğu ilə işə başladı.
İclası girişsözü ilə açan sədr Elxan Hüseynov şura üzvlərini salamladı və universitetimizdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən danışdı.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov 2014/2015-ci tədris ilinin yay semestrinin nəticələri, Tədris hissəsinin müdiri, dosent İsabal Qurbanov, Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Ramiz Hüseynov 2014/2015-ci tədris ilində bakalavr təhsil sistemi üzrə təhsil alan tələbələrin istehsalat və çöl təcrübələrinin və magistrantların elmi-tədqiqat təcrübələrinin və magistrantların elmi-tədqiqat təcrübələrinin nəticələri haqqında hesabat verdilər.
Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov universitetimizin “Elmi Xəbərlər”inin beş illik fəaliyyəti haqqında məlumat verdi və jurnalın səmərəliliyinin yüksəldilməsi, müntəzəm, ardıcıl nəşrinin təmin edilməsi məqsədi ilə aparılan işlərindən danışdı.
Rektorun məsləhətçisi, dosent Ulduz Ağayev “Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması” TEMPUS layihəsinin yekunu haqqında məruzəsi Elmi şura üzvlərinin diqqətinə çatdırıldı.
İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Şəfaət Rəhimov Sumqayıt Dövlət Universitetində tədris prosesində yeni əyani vəsaitlərdən istifadənin vəziyyəti barədə məruzə etdi və qərara alındı ki, tədris prosesində müasir əyani vəsaitlərdən istifadənin səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə ayrı-ayrı fakültələr üzrə professor-müəllim heyəti üçün əyani vəsaitlərdən istifadə kursları təşkil edilsin və onların həmin kurslara cəlb edilməsi təmin edilsin. Professor-müəllim heyətinin yeni əyani vəsaitlərdən istifadəsinin səviyyəsi 2015-2016-cı tədris ilinin payız semestrinin sonunda yenidən yoxlanılması müvafiq komissiyaya tapşırılsın.
SDU-nun rektoru, professor Elxan Hüseynov 2014/2015-ci tədris ili üçün Sumqayıt Dövlət Universitetinə bakalavr və magistratura səviyyələri üzrə qəbulun nəticələri və yeni dərs ilində qarşıda duran vəzifələr barədə müzakirə apardı. Sumqayıt şəhərinin inkişaf perspektivləri və əmək bazarının müasir tələbləri nəzərə alınmaqla 2016-2017-ci tədris ili üçün universitetə yeni ixtisasların alınması məqsədi ilə fakültə dekanları və uyğun strukturların təkliflər hazırlasınması barədə göstəriş verdi.
Adlı təqaüdlərin müzakirəsində Riyaziyyat fakültəsinin III kurs tələbəsi Lamiyə Məmmədova Heydər Əliyev və Filologiya fakültəsinin tələbəsi Aytən Cəfərova isə Nizami Gəncəvi adına təqaüdə layiq görülməsi qərara alındıMüsabiqələrin keçirilməsi və elmi adların verilməsinin müzakirəsi zamanı Ələsgər İsgəndərovun “İnformatika” kafedrası üzrə professor elmi adının verilməsinə dair Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması yekdilliklə qəbul olundu.
Mətbuat xidməti