Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın növbəti iclası keçirildi
Yerləşdirilmə tarixi : 25 Oktyabr 2022 17:35
SDU-da Elmi Şuranın növbəti iclası keçirildi
Oktyabrın 25-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, şura üzvlərini salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi.
Sumqayıt Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verən Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev bildirdi ki, SDU elmi əlaqələrini gündən-günə genişləndirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atır. Dövrün tələbi olan elm və təhsilin inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə alaraq, yüksəkixtisaslı kadr hazırlığı məqsədilə SDU dünyanın bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu uğurların nəticəsi olaraq əcnəbi tələbələrin qəbulunda müsbət dinamika müşahidə olunur. 
SDU-nun nümayəndə heyətinin Almaniya Federativ Respublikasına ezamiyyətinin nəticələri barədə Təhsildə Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənova çıxış etdi. O, bildirdi ki, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi üçün Almaniya Beynəlxalq Akkreditasiya   Agentliyi (ASİİN) ilə müqavilə bağlanmışdır. SDU ilə Almaniyanın Brandenburq Texniki Universiteti arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Rektorun müşaviri dosent Zəfər Hüseynov SDU ilə Almaniyanın Brandenburq Texniki Universiteti arasında qarşılıqlı əməkdaşlığın aparılması üçün işçi qrupunun yaradılması barədə məlumat verdi.
Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planının icrası ilə bağlı Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış etdi. Bildirdi ki, SDU-nun Elmi Şurasının 16 iyun 2021-ci il tarixli iclasının qərarına əsasən universitetin 60 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı qrafikə uyğun olaraq yerinə yetirilir.
Müxtəlif məsələlərin müzakirəsində Elmi katib professor Muxtar Səmədov Elmlər doktoru və Fəlsəfə doktoru proqramları üzrə SDU-nun doktoranturasına qəbul olmuş doktorantların dissertasiya mövzularının və elmi rəhbərin (elmi məsləhətçinin) təsdiqi barədə çıxış etdi. Aparılan müzakirələrdən sonraAzərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti elmlər doktoru proqramı üzrə doktorant XəyaləMuğamatın elmlər doktoru dərəcəsi almaq üçün dissertasiya işinin mövzusu və elmi məsləhətçisi təsdiq edildi.
Elektromexanika kafedrasının doktorantı Nicat Ramiz oğlu Hüseynovun, Dünya iqtisadiyyatı kafedrasının doktorantı Gəray Aydın oğlu Əliyevin, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının doktorantı Ülkər Valeh qızı Çəndirlinin Fəlsəfə doktoru proqramı üzrə dissertasiya işlərinin mövzusu və elmi rəhbəri təsdiq edildi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi və bildirdi ki, Elmi Şuraya 1dərs vəsaiti, 2 fənn proqramı daxil olub.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Sonra Elmi adların verilməsi ilə əlaqədar SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının 0,5 ştat dosenti (attestatsız) Elmar Xəlilova elmi-pedaqoji fəaliyyətinə görə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması məsələsi müzakirə olundu.
Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən Elmar Xəlilova dosent elmi adı verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması qərara alındı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az