Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da icbari tibbi sığorta ilə əlaqədar maarifləndirici tədbir keçirildi
Yerləşdirilmə tarixi : 25 Oktyabr 2022 17:30
SDU-da icbari tibbi sığorta ilə əlaqədar maarifləndirici tədbir keçirildi
Oktyabrın 25-də Sumqayıt Dövlət Universitetində “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin mütəxəssisi Fuad Bayramov təqdimatla çıxış edərək iştirakçıları salamladı, icbari tibbi sığorta haqqında, habelə tibbi xidmətlərdən istifadə qaydaları və sığorta haqları, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər və bu xidmətlərin həyata keçirildiyi dövlət və özəl tibb müəssisələri barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Qeyd etdi ki, tədbirin məqsədi icbari tibbi sığorta sahəsində məlumatlılığı artırmaqdır.
İcbari tibbi sığortanın üstünlüklərindən danışan Fuad Bayramov Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğıdan, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən və həyata keçirilən islahatlardan bəhs etdi.
Tədbir qarşılıqlı diskussiya şəraitində davam etdi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az