Oktyabrın 10-da universitetimizdə Ritorika Universal Klubu, Tarix və coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə “İctimai yerlərdə davranış mədəniyyəti” mövzusunda seminar keçirildi.
Seminar,həmçinin, gənclərin ictimai fəallığının artırılmasına, onların liderlik keyfiyyətlərinə yiyələnməsinə, stress, qərarsızlıq, ümidsizlik və ruh düşkünlüyünün aradan qaldırılması məqsədini daşıyırdı.
Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekan müavini Osman Hacıyev açaraq bildirdi ki, tələbə gənclər cəmiyyətimizin aparıcı sosial qüvvəsini təşkil edir. Bu baxımdan universitetimizdə belə tədbirlərin keçirilməsi cox vacibdir. İctimai davranış qaydası bizim gündəlik həyatımızın ayrılmaz tərəfidir. Cəmiyyət bir sosial sistem olaraq elementlərdən ibarətdir. Bu elementlər isə insanlar təşkil edir. Sistemin sabit və davamlı olması elementlərdən asılı olduğu kimi bütövlükdə cəmiyyətimizin və toplumun da inkişafı hər birimizdə sosial- siyasi maddi -mənəvi durumumuzdan asılı olmayaraq hər birimizin borcudur. İnaniram ki, belə tədbirlərimiz davamlı olacaq və tələbələrimiz bundan çox faydalanacaqdır.
Filologiya fakültəsinin müəllimi Əli Rzazadə qeyd etdi ki, insanın davranışı və danışığı onun mədə¬niy¬yətinin göstəricisidir. Dav¬ra¬nış və nə¬zakət qaydala¬rı¬na riayət et¬mək digər insan¬la¬ra hör¬mət etmək deməkdir. Biz hər gün ailədə, iş yerində, teatr, kino və konsert salonlarında, muzeylərdə, yığıncaqlarda, təhsil ocaqlarında- bir sözlə, ictimaiyyət arasında insanların əhatəsində oluruq, onlarla ünsiyyətə giririk. Məhz buna görə də xoş rəftar və danışıq gözəlliyi hamımız üçün zəruri olan həyat tələbatıdır. Yalnız belə olduqda öz səmimiyyətimizlə, söz və davranış gözəlliyi ilə başqalarının rəğbətini qazana bilərik, həm də belə xoş rəftar qaydalarını, davranış gözəlliyini başqalarından tələb edə bilərik.
Məlumdur ki, tarixin çoxəsrlik inkişaf pillələrində hər bir cəmiyyət öz üzvlərinə müəyyən mənəvi normalar, əxlaq prinsipləri, davranış qaydaları diktə edir, ayrı-ayrı fərdlər isə bu və ya digər şəkildə həmin qaydalara əməl etməyə borclu olduğunu vurğulayan araşdırmaçı-yazar tələbələrin diqqətinə çatdırdı ki, insanlar cəmiyyətdə qərarlaşmış rəftar və davranış qaydalarına əməl etməkdə məsuliyyət daşıyırlar. Əks təqdirdə cəmiyyət normal həyat tərzində yaşaya bilməz.
Tələbə Həmkarlar Təşkilatının sədri Nemət İbayev seminarın uğurlu baş tutduğunu və belə tədbirlərin keçirilməsinin zəruriliyindən söhbət açdı.
Onu da qeyd edək ki, yeni tədis ilindən Ritorika Universal Klubunun üzvləri yenilənib. Klubun sədri Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Umud Cavid, müavinləri İbrahim Zeynallı, İsmayıl Faxtıyev, İsaq Mahmudov, idarə heyəti Şəhanə Məmmədova, Rüstəm Tanrıverdiyev, Aytac Novruzova, Aqil Rüstəmovdur. Klubun sədri Umud Cavid tələbələr arasında belə seminarların mütəmadi aparılacağını qeyd etdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
Mətbuat xidməti