Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Məhsul sahibi marafonu”nun açılış mərasimi keçirildi
Yerləşdirilmə tarixi : 01 Noyabr 2022 16:13
“Məhsul sahibi marafonu”nun açılış mərasimi keçirildi
Oktyabrın 31-də “PAŞA Bank”ın tərəfdaşlığı və “SUP VC” şirkətinin təşkilatçılığı ilə keçiriləcək “Məhsul sahibi marafonu”nun açılış mərasimi baş tutdu.
Açılış mərasimində “PAŞA Bank”ın nümayəndəsi Fərhad Mansurov, “SUP VC” şirkətinin direktoru Rəşad Eyvazov, layihə meneceri Cəmil Hüseynzadə və universitet nümayəndələri iştirak etdilər.
Marafonda SDU, ADNSU, BMU, ADA Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan–Fransız Universiteti (UFAZ) və ADİU-dan ümumilikdə 14 komanda iştirak edəcək və komandalar startap ideyası üzərində işləyib prototip təqdim edəcəklər. Birinci mərhələni uğurla tamamlayan komandalar növbəti mərhələdə birincilik uğrunda mübarizə aparacaqlar.
Baş tutan açılış mərasimində marafonla bağlı, eləcə də sonrakı mərhələlərlə bağlı ümumi məlumatlar verildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, “Məhsul Sahibi Marafonu”nda Sumqayıt Dövlət Universitetini 2 komanda: “Qeyri-səlis məntiq” və “İnnovativ Gənclik” komandaları təmsil edəcək. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az