Əməkdaşlarımız məqalə müsabiqəsində mükafata layiq görüldülər
UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin qalibləri müəyyən edilib. Qaliblər professor-müəllim heyəti və doktorant, magistrant və tələbə heyətinin təqdim etdiyi məqalələr arasından komissiya tərəfindən qiymətləndirmə meyarları əsasında dəyərləndirilərək seçilmişdir.
Noyabr ayının 11-də UNEC-də keçirilən tədbirdə hər iki heyət üzrə ilk 10-a düşən məqalə müəlliflərinə sertifikatlar təqdim olundu və qaliblər mükafatlandırıldı.
Qeyd edək ki, SDU-nun İqtisadiyyat kafedrasının dosenti Lalə Vəliyeva və kafedranın böyük laborantı Şükür Əliyevin həmmüəllifliyi ilə yazılan “Şuşa şəhərinin Azərbaycanda turizm sahəsinin inkişafında rolu” adlı məqalə 3-cü yerə layiq görülmüşdür.
Mətbuat xidməti