Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da akkreditasiya qaydalarına dair təlim keçirilib
Yerləşdirilmə tarixi : 22 Noyabr 2022 16:25
SDU-da akkreditasiya qaydalarına dair təlim keçirilib
Noyabrın 22-də Sumqayıt Dövlət Universitetində Keyfiyyət təminatı şöbəsinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə universitetin struktur rəhbərləri üçün akkreditasiya qaydalarına dair təlim keçirildi. SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov çıxış edərək akkreditasiya prosesinin əhəmiyyətindən bəhs etdi, bunun ali təhsil ocaqları üçün üstünlüklərini qeyd etdi. Təhsilin bütün pillələrində inkişafın əsas meyarlarından birinin akkreditasiya olduğunu vurğulayan prorektor bildirdi ki, hazırda dünyada ən çox yayılmış institusional və proqram akkreditasiyasıdır ki, təhsildə geniş tətbiq olunur. Professor Ramazan Məmmədov bu istiqamətdə  Sumqayıt Dövlət Universiteti üzrə 2022−2023-cü tədris ilinin 2-ci yarısında nəzərdə tutulan akkreditasiyanın keçirilməsi barədə məlumat verdi. Universitetin Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova çıxış edərək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılmasının əhəmiyyəti, akkreditasiya meyarlarına uyğun olaraq universitetdə aparılan işlər, qarşıda duran vəzifələr, universitetin bu sahədə təcrübəli əməkdaşlarının akkreditasiya proseslərində ekspert olaraq fəal iştirak etmələrinin vacibliyini qeyd etdi. Bildirdi ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları” fakültə dekanları, kafedra müdirləri və digər struktur rəhbərləri tərəfindən diqqət mərkəzində saxlanılır və cari il ərzində özünün institusional akkreditasiyasını həyata keçirməyi planlaşdırır. Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov “Özünütəhlil hesabatının yazılması” mövzusunda çıxış edərək özünütəhlil hesabatının yazılması, hesabat zamanı tələb olunan sənədlər barədə geniş məlumat verdi. Asiman İlyasov həmçinin Strategiyanın icrasına dair tədbirlər planında nəzərdə tutulan məsələlərin icrasının monitorinqinin həyata keçirilməsi, institusional və proqramların akkreditasiya qaydalarının müasir tələblərə uyğun olaraq qarşıda duran vəzifələr barədə danışdı. Bildirdi ki, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması, inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq, bu yöndə təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir. Sonda professor-müəllim heyətinin mövzu ilə bağlı sualları Asiman İlyasov tərəfindən cavablandırıldı və universitetin müxtəlif istiqamətlərdə beynəlxalq akkreditasiyasına nail olunmasına dair müzakirələr aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az