Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində "Elmi işlərin yazılma qaydaları" adlı elmi-praktiki seminar keçirildi
Yerləşdirilmə tarixi : 01 Dekabr 2022 16:22
Kimya və biologiya fakültəsində "Elmi işlərin yazılma qaydaları" adlı elmi-praktiki seminar keçirildi
Dekabrın 1-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə "Elmi işlərin yazılma qaydaları" adlı elmi-praktiki seminar keçirildi.
Seminarda fakültənin dekanı dosent Mahal Muradov, kafedra müdirləri, fakültə Elmi Şurası üzvlərinin bir hissəsi və tələbələr iştirak edirdilər. 
Seminarda Kimya və onun tədrisi metodikası kafedrasının dosenti Musa Mustafayev çıxış edərək əyani materiallar əsasında məqalə və tezislərin hazırlanmasının elmi və texniki cəhətləri, elmi məqalədə problemin qoyuluşu, həlli, araşdırmanın girişi, nəticə və xülasə hissələrinin yazılması ilə bağlı bir çox məqamlara aydınlıq gətirdi.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, auditoriyanın çoxsaylı sualları cavablandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az