SDU-nun Elmi kitabxanasında Ulu öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Dekabrın 9-da Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında Ulu öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Elmi kitabxananın müdiri Nailə Əmrahova “Müstəqil Azərbaycan yaşadıqca Ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır” mövzusunda çıxış edərək müasir və müstəqil dövlətimizin memarı Heydər Əliyevin zəngin həyat yolu, fəaliyyəti, təhsilə verdiyi yüksək dəyərdən danışdı və ölkəmizdə qazanılan bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.
Tədbirdə Oxu zalının baş kitabxanaçısı filologiya üzrə fəlsəfə doktoruXatirə Əliyeva “Heydər Əliyev – tarixi şəxsiyyət və tarixi yaradan şəxsiyyət”, Bədii ədəbiyyat şöbəsinin müdiri Sevinc Məmmədova “Ulu öndərin həyat yolu”, kitabxanaçılar:Turan Məmmədova“Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, Təhminə Ağakişiyeva “Qəlblərdə yaşayan ümummilli lider”mövzularında çıxış edərək müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açdılar. Bildirdilər ki, qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin xatirəsini həmişə əziz tutacaq.
Mətbuat xidməti