Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İnstitusional akkreditasiya prosesi ilə bağlı SDU-nun Təşkilat Komissiyasının iclasları davam edir
Yerləşdirilmə tarixi : 11 Dekabr 2022 20:56
İnstitusional akkreditasiya prosesi ilə bağlı SDU-nun Təşkilat Komissiyasının iclasları davam edir
9 dekabr 2022-ci il tarixində SDU-nun akkreditasiya üzrə Təşkilat Komissiyasının növbəti iclası keçirildi. Təşkilat Komissiyası “Özünütəhlil hesabatı”nın hazırlanmasında zəruri olan formaların müzakirəsi üçün yenidən toplandı.
İclası açıq elan edən SDU-nun rektor müşaviri dosent Zəfər Hüseynov görülən işlərdən və qarşıda duran məsələlərdən bəhs etdi.
Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, baş müəllim Nərmin Həsənova “Özünütəhlil hesabatı”nın hazırlanmasında zəruri olan formaların hər biri haqqında təqdimatla ətraflı çıxış etdi. İclas sual-cavab sessiyası ilə davam etdi.
Qeyd edək ki, Təşkilat Komissiyasının iclasları silsilə şəklində davam edəcəkdir. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az