SDU-nun TGT sədri ATGTİ - nin idarə heyətinə üzv seçildi
22 dekabr 2022-ci il tarixində Bakı Gənclər Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) VI Hesabat-seçki Konfransı keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda şəhid olmuş hər bir əsgərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir açıq elan edilib.
Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli İttifaqın 2020-2022-ci illər üzrə göstərdiyi fəaliyyətləri özündə əks etdirən hesabatla çıxış edib. Ardınca İttifaqın iki illik yekun fəaliyyətləri video-çarx şəkilində izlənilib.
Həmçinin, konfansın rəsmi hissəsində Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firidun Qurbanov Azərbaycanın bugünki gəncliyi, gələcəkdəki perspektivli inkşafı üçün ictimai-mədəni, idman, sosial fəaliyyətlərinin əhəmiyyətindən söz açaraq savadlı tələbə-gənclərimizin təhsilimizə verdiyi töhvəsini vurğuladı.
Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək İttifaqın dövlət gənclər siyasətinin icrasındakı rolunu, bu istiqamətdə tərəfdaşlarla birlikdə həyata keçirdiyi kütləvi layihələrin əhəmiyyətini qeyd etmiş, tələbələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə əldə edilmiş qələbə nəticəsində yaranmış yeni reallıqlara uyğun öz sahələrində daha fəal olmalarının vacibliyini vurğulamışlar.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra növbəti iki il ərzində Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri və idarə heyətinin üzvləri seçildi.
Nəticədə səs çoxluğu ilə SDU TGT sədri Elmin Novruzlu ATGTİ idarə heyəti üzvlüyünə seçilib.