Oktyabrın 31-də Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə bir qrup tələbələrimiz “Atəşgah məbədi” Dövlət Tarixi Memarlıq Qoruğunda və Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində oldular. Azərbaycan tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edən bu tarixi abidələr ölkəmizin qədimliyindən, ulularımızın həyat tərzindən və inancından xəbər verən ən dəyərli məbədlərdir.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev tələbələrə Azərbaycan xalqının çoxəsrli hadisələrlə zəngin tarixinin böyük mərhələlərini bir-birinə qovuşduran “Atəşgah”ın tarixi kökləri və suvenir qalereya haqqında ətraflı məlumat verdi.
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində tunc dövrünə aid qayaüstü, qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, XVIII əsrin yadigarı olan təndir və qədim musiqi aləti qavaldaş tələbələrin marağına səbəb oldu.
Qeyd edək ki, belə ekskursiyalar tələbələrimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması baxımından çox əhəmiyyətlidir.
Mətbuat xidməti