Oktyabrın 30-da universitetimizin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Tarix və Coğrafiya fakültəsinin bir qrup tələbəsi Bakıda Heydər Əliyev Mərkəzində oldular.
Tarix və coğrafiya fakültəsinin dekan müavini Osman Hacıyev tələbələrimizə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsi barədə ətraflı məlumat verdi.
Mərkəzdə Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illər fotolarda slayd şəklində öz əksini tapmışdır. Dahi rəhbərin müxtəlif dövrlərdə istifadə etdiyi xidməti avtomobilləri, hərbi formaları, andiçmə və ziyafət kostyumları, iş masası və digər ölkə rəhbərlərinin bağışladığı hədiyyələr tələbələrin marağına səbəb oldu.
Mətbuat xidməti