SDU-da Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş idman spartakiadasına start verildi
Fevralın 13-də Sumqayıt Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının100 illiyinə həsr olunmuş SDU və onun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları arasında 3 idman növü (şahmat, dama və nərd) üzrə spartakiadaya start verildi.
Yarışı universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı və spartakiadaya qatılan əməkdaşlara uğurlar arzuladı. Ölkəmizdə idmanın inkişafı yolunda görülən işlərdən danışan dosent Elmar Xəlilov bildirdi ki, respublikamızda bədən tərbiyəsi və idmana dövlət qayğısı gündən-günə artır. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.
Prorektor həmçinin qeyd etdi ki, Azərbaycan bu gün bütün sahələrdə tərəqqi, yüksəliş dövrü yaşayır. Ulu öndərin milli maraqlara əsaslanan inkişaf strategiyası hal-hazırda Prezident cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və inamla davam etdirilir. Dövlət tərəfindən idmançılara göstərilən qayğı, xüsusilə dövlətimizin başçısı cənab İlham Əliyevin diqqəti idmançıları daha böyük qələbələr qazanmağa sövq edir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Hazırda respublikamızın bütün bölgələrində idmanla məşğul olmaq üçün hər cür şərait vardır. O cümlədən Sumqayıt Dövlət Unversitetində də tələbələrin asudə vaxtlarının səmərəli keçməsi, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onların idmanla müntəzəm məşğul olması üçün hərtərəfli şərait yaradılıb. İdmançı tələbələrimiz də yüksək diqqət və qayğıdan ruhlanaraq ölkəmizi və universitetimizi layiqincə təmsil edir, çoxlu sayda medallar qazanırlar.
Daha sonra İdman klubunun müdiri dosent Zakir Məmmədov çıxış edərək SDU-nun İdman Klubunun rolundan, bu vaxta qədər klubun yetirmələrinin ölkəmizdə və beynəlxalq arenalarda qazandıqları uğurlardan danışdı. Bildirdi ki, hazırda İdman klubunda futbol, voleybol, stolüstü tennis, badminton, atıcılıq, şahmat, qılıncoynatma və sağlamlıq qrupları fəaliyyət göstərir ki, burada universitetin əməkdaşları və tələbələr müntəzəm məşğul olur, asudə vaxtlarını daha rahat və səmərəli keçirirlər.
Daha sonra İdman klubunun müdiri dosent Zakir Məmmədov çıxış edərək SDU-nun İdman Klubunun rolundan, bu vaxta qədər klubun yetirmələrinin ölkəmizdə və beynəlxalq arenalarda qazandıqları uğurlardan danışdı. Bildirdi ki, hazırda İdman klubunda futbol, voleybol, stolüstü tennis, badminton, atıcılıq, şahmat, qılıncoynatma və sağlamlıq qrupları fəaliyyət göstərir ki, burada universitetin əməkdaşları və tələbələr müntəzəm məşğul olur, asudə vaxtlarını daha rahat və səmərəli keçirirlər.
Son bir neçə ildə SDU-nun tələbələri beynəlxalq idman yarışlarında Asiya və Avropa çempionatlarında, Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş spartakiadalarda, Ali məktəblərarası universiadalarda, “Vətənin Müdafiəsinə Hazıram” birinciliyində və başqa idman yarışlarında mötəbər yerlər qazanmışlar.
Qeyd edək ki, yarışda ilk olaraq şahmat idman növü üzrə 8 komanda öz bacarıqlarını sınadı, yekun nəticəyə əsasən Mühəndislik fakültəsinin komandası I yerə, Filologiya fakültəsinin komandası II yerə, Riyaziyyat fakültəsinin komandası isə III yerə layiq görüldülər.
Mətbuat xidməti