Təhsil Tələbə Krediti Fondu tərəfindən görüş keçirildi
Fevralın 13-də Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU) , Azərbaycan Texniki Universiteti (ATU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məsul şəxsləri arasında görüş keçirildi.
Görüşdə təhsil tələbə kreditlərinə müraciətlər zamanı üzləşilən problemlər və onların həlli məsələləri araşdırıldı, tələbələrin TTK-dan yararlanmaları barədə ətraflı fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti