SDU-nun nümayəndələri UDNTU-da keçirilən dəyirmi masada iştirak etdilər
Fevralın 14-də Ufa Dövlət Neft Texniki Universitetində “Ali təhsil kontekstində neft-kimya və neft emalı kompleksinin mühəndislik problemləri” mövzusunda hibrid formada dəyirmi masa keçirildi. Dəyirmi masada Sumqayıt Dövlət Universitetindən Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov iştirak etdilər.
Professor Ramazan Məmmədov tədbirin təşkilatçılarına dəvətləri üçün təşəkkürünü bildirdi və görüşün əhəmiyyətindən bəhs etdi.
Hibrid formada keçirilən tədbirdə Rusiya ̶ Azərbaycan Universitetləri Assosiasiyasının üzvləri: Sumqayıt Dövlət Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sankt-Peterburq Politexnik Universiteti, Samara Dövlət Politexnik Universiteti, Tver Dövlət Texniki Universiteti nümayəndələri iştirak etdilər.
Dəyirmi masa iştirakçıların mövzu haqqında geniş müzakirələri ilə davam etdi.
Mətbuat xidməti