Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Heydər Əliyev məktəbində növbəti məşğələ keçirildi
Yerləşdirilmə tarixi : 07 Mart 2023 15:52
SDU-nun Heydər Əliyev məktəbində növbəti məşğələ keçirildi
Martın 7-də Sumqayıt Dövlət Universitetinin Kiçik Akt zalında Heydər Əliyev məktəbinin Heydər Əliyev və Azərbaycanda  qadın siyasəti” mövzusunda genişləndirilmiş məşğələsi keçirildi.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov ilk olaraq qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə SDU-nun xanım əməkdaşlarını və tələbələrini təbrik etdi, eyni zamanda şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularını çatdırdı.
Sonra rektor professor Elxan Hüseynov universitetin ictimai həyatında öz fəallığı ilə fərqlənən bir qrup xanım əməkdaşa Fəxri fərman təqdim etdi.
Rektor qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edərək bildirdi ki, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Milli dövlət quruculuğunun müxtəlif sahələrində böyük xidmətlər göstərən qadınlarımız, eyni zamanda ictimai-siyasi proseslərin fəal iştirakçılarıdır. Azərbaycanda qadınlar həmişə özlərini, sözün həqiqi mənasında, cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər. Bu, Heydər Əliyev siyasətinin tərkib hissəsidir. Ümummilli Liderin siyasətini uğurla və inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin ənənə ilə müasirliyin vəhdətinə və siyasi varislik prinsipinə əsaslanan strateji kursunda gender bərabərliyinin təmin olunması, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması kimi məsələlər də mühüm yer tutur. Bu kontekstdə qanunvericilik bazasının zənginləşdirilməsi, qadınlara dövlət idarəçiliyinin müxtəlif sahələrində etimad göstərilməsi, onların yüksək fəallığı və faydalı təşəbbüslərlə çıxış etməsi üçün geniş imkanların yaradılması, zəruri şərtlər və şəraitin təmin olunması, habelə bir sıra digər tədbirlərin reallaşdırılması dövlət başçısının gender bərabərliyi məsələsini daim diqqətdə saxladığını göstərir.
Rektor onu da diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələr də gender məsələlərinin tənzimlənməsi, qadınların hüquqlarının qorunması və ictimai-siyasi fəallığının yüksəldilməsi baxımından müstəsna önəm daşıyır.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Rafiq Əliyev Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının dosenti  Xəyalə Əliquliyeva  “Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan dövlətçilik institutunun modern rəhbəri, siyasi-ictimai xadimidir”, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev “Azərbaycan qadını bütün tarixi dövrlərdə öz fədakarlığı ilə seçilmişdir”, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva “Azərbaycan qadınlarının müstəqil dövlətimizin inkişafında rolu”,  İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi  Süsən İbrahimli “Milli dövlətçilikdə və bəşəri humanizmdə Leyla Əliyeva əsas simalardan biridir” mövzularında çıxış edərək  bildirdilər  ki, hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı, qadınlar həm də ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilir. Onu da qeyd etdilər ki, bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyev ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev və  Birinci vitse-prezident Mehriban xanım  Əliyeva tərəfindən layiqincə davam etdirilir. Humanitar sahədə Mehriban xanım Əliyevanın xidmətləri, dünya miqyasında həyata keçirdiyi layihələr və Azərbaycanımızın təbliği işləri təqdirəlayiqdir.
Daha sonra məruzə ətrafında çıxışlar oldu.  Elektrotexnika və energetika kafedrasının dosenti Rəna Dadaşova Ümummilli Lideri Azərbaycan qadınının ən böyük təəssübkeşi adlandıraraq, böyük dövlət adamının ölkəmizdə keçirilən I Qadınlar Qurultayındakı çıxışını xatırlatdı, Ulu Öndərin Azərbaycan qadınına verdiyi böyük qiymətdən danışdı. Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizdəki gender bərabərliyinin tətbiqi sahəsində fəaliyyətini qeyd edən əməkdaşımız bunun əyani təzahürünün bütün sahələrdə göründüyünü bildirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az