Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Özünəinam və özünüqiymətləndirmə” mövzusunda tədbir keçirildi
Yerləşdirilmə tarixi : 09 Mart 2023 15:59
SDU-da “Özünəinam və özünüqiymətləndirmə” mövzusunda tədbir keçirildi
Martın 9-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının, eləcə də Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Özünəinam və özünüqiymətləndirmə” mövzusunda tədbir keçirildi.
Tədbirdə fakültənin professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, sevindirici haldır ki, Azərbaycan gəncləri ictimai fəallığı ilə seçilirlər. Gənclərimiz sosial, iqtisadi, humanitar tədbirlərdə fəal iştirak edir, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan faydalanırlar. Bu cür təlimlər gənclərdə özünəinam hissinin formalaşdırılması və zəngin dünyagörüşünə, dünyəvi biliklərə malik güclü şəxsiyyət kimi yetişdirilməsində müstəsna rol oynayır. Dekan onu da qeyd etdi ki,  SDU-nun tələbələri keçirilən tədbirlərdə  hər zaman öz fəallıqları ilə seçilir universitetimizin nüfuzunu şərəflə ucaldırlar. 
Tədbir universitetin Maliyyə və mühasibat uçotu kafedrasının assistenti Çiçək Nəcəfovanın moderatorluğu ilə davam etdi. Çiçək Nəcəfova bildirdi ki, tədbirin keçirilməsində məqsəd tələbələrdə özünəinam hissinin formalaşması yollarını öyrənmək, özünəinamın nə qədər vacib bir hiss olduğunu müzakirə etməkdir.
Pedaqogika və psixologiya kafedrasının dosentləri Ayna Hacıyeva “Tələbə və gənclərdə özgüvən əskikliyinin psixoloji problemləri”, Ceyhun Məmmədov “Təlim prosesində tələbənin özünüreallaşdırmasının yüksəldilməsi imkanları”, Sevinc Kərimova “Tələbələrdə özünəinamın inkişafı mərhələsində valideynin rolu” mövzularında geniş məruzə etdilər. Qeyd etdilər ki,  özünəinam hissi insanın özünə güvənməsi, sevməsi, bütün gözəlliklərə layiq olduğuna inanması, öz mənliyinə olan hörmətin, özünə qarşı məmnuniyyətin ifadəsidir. Məruzəçilər onu da vurğuladılar ki, özünəinam hissi sonradan yaranan bir proses deyil və bu hiss insanla birgə doğulur və formalaşır. Yaşadığı mühit və cəmiyyət insanda özünəinam hissinin formalaşmasında mühüm rol oynayır.
SDU-nun Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova və Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova mövzunun aktuallığından bəhs etdilər. Gəncliyi düşündürən bu məsələ ilə bağlı psixoloji cəhətdən öz fikirlərini bölüşərək, gənclər arasında yaranan münasibətlərin düzgün məcrada davam etməsinin istiqamətləri, uğurlu və uğursuz nəticələri barədə geniş, məzmunlu söhbət apardılar.
Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı, tələbələrin çoxsaylı sualları cavablandırıldı.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olundu və tələbələr arasında psixoloji test keçirildi.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az