Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında onlayn seminar keçirildi
Yerləşdirilmə tarixi : 10 Mart 2023 16:06
SDU ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında onlayn seminar keçirildi
Martın 10-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedraları arasında əməkdaşlıq çərçivəsində 2023-cü il üçün təsdiqlənmiş elmi-praktiki seminarların planına uyğun olaraq, onlayn formatda növbəti elmi seminar keçirildi. Seminarda hər iki ali təhsil müəssisəsinin professor-müəllim və tələbə heyəti iştirak etdi.
Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat   kafedrasının müdiri dosent Lalə Mahmudova seminar iştirakçılarını salamladı və iki kafedra arasında mütəmadi olaraq elmi seminarların keçirilməsinin əhəmiyyətini vurğuladı, əvvəlki illərdə keçirilmiş görüşlərin materialları əsasında “Dayanıqlı inkişaf və milli iqtisadi təhlükəsizlik problemləri” adlı kollektiv monoqrafiyanın çap olunmasının təqdirəlayiq hal olduğunu qeyd etdi.
Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının müdiri dosent Olqa Mamelatalaşvili seminar iştirakçılarını salamladıqdan sonra beynəlxalq elmi seminarların kafedraların elmi inkişafında əhəmiyyətini qeyd etdi və ilin sonunda builki seminarların materiallarının nəşr olunmasını təklif etdi.
Sonra Sumqayıt Dövlət Unversitetinin İqtisadiyyat kafedrasının baş müəllimi Məhəmməd Əhmədov “İqtisadi təhlükəsizliyin təmin olunması məqsədilə regionların sosial-iqtisadi monitorinqinin zəruriliyi” mövusunda çıxış edərək bildirdi ki, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Böyük Qarabağ Zəfərindən sonra ölkəmizin iqtisadi inkişaf modelinin yeni və obyektiv reallıqlara uyğun olaraq təkmilləşdirlməsi, idarəetmə formalarının daha çevik və səmərəli olaraq tənzimlənməsi bir obyektiv zərurət kimi ortaya çıxmışdır. Torpaqlarımızın işğaldan azad olunmasına və işğalçı erməni ordusunun darmadağın edilməsinə, Ermənistan rəhbərliyinin təslimçi sazişə imza atmasına baxmayaraq, revanşist qüvvələr və onların müxtəlif aparıcı dünya ölkələrində kök salan iki­üz­lü havadarları, ikili standartları dövlət siyasətinə yeridən siyasətçilər, beynəlxalq təşkilatlar hələ də torpaqlarımızın işğaldan azad olunması ilə barışmaq istəmir və təxribatlara əl atmaqda davam edirlər. Belə bir şəraitdə işğaldan azad olunmuş ərazilərin sürətlə dirçəldilməsi, infrastrukturun yaradılması və böyük qayıdışın tezləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi bu kimi qüvvələrə və revanşistlərə ən tutarlı cavabdır. Bu baxımdan Azərbaycan Respublikasında yeni iqtisadi rayonların yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 7 iyul 2021-ci il tarixli  Fərmanı ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasında, regionların iqtisadi potensialının artırılmasında, əhalinin rifah halının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması  işğaldan azad edilmiş ərazilərin bərpasında, gələcək inkişafında genişmiqyaslı tədbirlərin başlanğıcıdır. Məruzəçi Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da keçirilən və 3 gün davam edəcək “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunun regional problemlərin həlli istiqamətində mühüm əhəmiyyət daşıdığını bildirdi.
Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının dosenti Elvira Muxamadiyeva “İqtisadi təhlükəsizliyin təmin edilməsi məqsədilə regionun sosial-iqtisadi inkişafının monitorinqi” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi regionun sosial-iqtisadi inkişafının monitorinq göstəricilərinə qoyulan tələblər, regionun sosial-iqtisadi inkişafının amilləri və kateqoriyaları, mərhələləri, təhdidlərin səviyyəsinin müəyyənləşdirilməsi modeli və s.haqqında məlumat verdi.
Daha sonra seminar iştirakçıları məruzələr ətrafında fikir mübadiləsi apardılar. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az