Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirildi
Martın 14-də Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasında Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirildi.
Rektor professor Elxan Hüseynov çıxış edərək rəhbərlik etdiyi ali təhsil ocağının inkişafından danışdı, gənclərin elmə marağının artırılması və tədqiqat bacarıqlarının inkişafı istiqamətində Sumqayıt Dövlət Universitetinin fəaliyyətindən bəhs etdi, bununla bağlı TEC-in gördüyü işləri müsbət dəyərləndirdi və seminarın işinə uğurlar arzuladı. Bu istiqamətdə tələbələrin elmi tədbirlərdə fəal iştirakından məmnunluğunu bildirdi, bu işdə tələbələrin elmi tədqiqata həvəsini yüksək dəyərləndirdi, rəhbərlik tərəfindən istedadlı tələbələrə hər cür dəstək göstəriləcəyini vurğuladı. Gəncləri daha aktiv olmağa çağıran rektor professor Elxan Hüseynov Prezident cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən xüsusi diqqət və qayğıdan bəhs etdi.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev çıxış edərək iştirakçıları salamladı, seminarın əhəmiyyətindən bəhs etdi. Fakültənin elmi işlərindən və elmi işlərdə qazanılan nailiyyətlərdən danışdı. Qeyd etdi ki, son illər Sumqayıt Dövlət Universiteti təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilərək tələbələrin ixtisaslı kadr kimi yetişməsinə öz töhfəsini verir. Burada tədrisin keyfiyyəti ilə yanaşı, tələbələrin hərtərəfli kadr kimi yetişməsi üçün lazımi şərait yaradılıb.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov çıxış edərək Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlərin rolunu yüksək qiymətləndirdi, bunun nəticəsində tələbələrimizin universitetdaxili və universitetdənkənar müxtəlif tədbirlərdə qazandıqları uğurların gündən-günə artdığını qeyd etdi, elmi rəhbərlərlə tələbələrin birgə fəaliyyətindən bəhs etdi.
Seminarda tələbələr məruzə ilə çıxış etdilər. Sonda məruzələr ətrafında maraqlı diskussiyalar aparıldı.
Mətbuat xidməti