SDU-nun Enactus komandası "Sosial sahibkarlıq" mövzusunda baş tutan təlimdə iştirak etdi
Aprelin 2-də Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi, Startup Grind Baku Hub və Enactus Azərbaycanın birgə təşkilatçılığı ilə "Sosial sahibkarlıq" mövzusunda təlim keçirildi.
Maestro Studionun CEO və qurucusu, tədbirin spikeri Mədinə Paşayeva çıxışında sosial sahibkarlığın əhəmiyyətli dərəcədə təsir yaratmaq gücündə olduğu, düzgün strategiyalarla necə effektiv həll yolları təklif olunacağını, sosial bir missiyası olan bir layihənin idarə olunması zamanı qarşılaşdığımız çətinliklər, habelə imkanlar və sosial bir layihənin təsirini ölçmək üçün istifadə olunan metodlar barədə geniş çıxış etdi.
Daha sonra təlimlərin mövzuları ətrafında geniş müzakirələr aparıldı.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin Enactus komandasının kapitanı Şəfa İsayeva və komanda heyəti fəal iştirak etdilər.
Mətbuat xidməti