SDU-nun tələbələri almaniyalı professorun mühazirəsində oldular
Qərbi Kaspi Universiteti dünyanın nüfuzlu universitetlərinin professorları, müxtəlif sahələrdə tanınmış alim və tədqiqatçıların iştirakı ilə tematik həftələr, yaz, yay, qış, payız düşərgələri təşkil edir.
Bu dəfə universitetin qonağı "Beynəlxalq yaz mühazirələri" çərçivəsində Almaniyanın Schmalkalden Universitetinin professoru Dr. Jürgen Gemeinhardt oldu. Professor iqtisadiyyatın qiymətləndirilməsi meyarları, mexanizmləri barədə məruzə ilə çıxış etdi, tələbələri maraqlandıran sualları cavablandırdı.
Mühazirədə Qərbi Kaspi Universiteti ilə yanaşı, digər ali təhsil ocaqlarının nümayəndələri, həmçinin Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin TEC rəhbəri dosent Təranə Əhmədova və tələbələr iştirak etdilər.
Mətbuat xidməti