Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Türkmənçay müqaviləsinin 195 illiyinə həsr olunmuş elmi konfransda iştirak etdilər
Yerləşdirilmə tarixi : 11 Aprel 2023 14:52
Tələbələrimiz Türkmənçay müqaviləsinin 195 illiyinə həsr olunmuş elmi konfransda iştirak etdilər
Aprelin 7-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin tələbələri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Türkmənçay müqaviləsinin 195 illiyinə həsr olunmuş elmi konfransda  iştirak etdilər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Türkmənçay müqaviləsi haqqında videoçarx nümayiş olundu.
Konfransda Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorun müdiri Elşən Hüseynov çıxış edərək 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqaviləsinin Azərbaycanı ikiyə bölünməsini rəsmiləşdirən sənəd olduğunu və Azərbaycan tarixinin ən kədərli səhifələrdən biri olduğunu bildirdi.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Türkmənçay müqaviləsi haqqında məlumat verərək bildirdi ki, 1805-1909-cu illər ərzində Azərbaycan torpaqlarına bir milyon erməni köçürülüb. Qeyd etdi ki, Azərbaycan tarixini hər bir gənc çox yaxşı bilməlidir.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri Hacı Həsənov, Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin dekanı Nizami Zeynalov və Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin tələbələri Türkmənçay müqaviləsinin mahiyyəti, tariximizdəki yeri haqqında məlumat verdilər. Bildirdilər ki, bu müqavilə Azərbaycan torpaqlarının bölüşdürülməsi siyasətinin başlanğıcı idi. Bu sənədlə azərbaycanlıların etnik təmizləmə və soyqırımının təməli qoyuldu. Müqavilə eyni zamanda müsbət ideoloji əhəmiyyət də daşıyır. Çünki bizə dostumuzu və düşmənimizi tanıtdı və bugünkü qonşularımızla ehtiyatlı davranmağımızı öyrətdi.
Konfrans “XIX əsrin əvvəllərində Qafqaz regionunda baş verən müharibələr və onların dünya siyasətinə təsiri”, “Türkmənçay müqaviləsi: Qafqazda yeni siyasi proseslərin katalizatoru”, “Türkmənçay müqaviləsinə yeni baxış”, “Türkmənçay müqaviləsinin tarixi və hüquqi aspektləri” bölmələri üzrə işini davam etdirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az