Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Müasir şəraitdə maliyyə savadlılığının artırılması və nağdsız hesablamalar” mövzusunda tədbir keçirildi
Yerləşdirilmə tarixi : 03 May 2023 20:10
SDU-da “Müasir şəraitdə maliyyə savadlılığının artırılması və nağdsız hesablamalar” mövzusunda tədbir keçirildi
Mayın 3-də SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsi Maliyyə və mühasibat uçotu kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir şəraitdə maliyyə savadlılığının artırılması və nağdsız hesablamalar” mövzusunda tədbir keçirildi. Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və tələbə heyəti ilə yanaşı, “Turan Bank” ASC-nin İdarə Heyətinin üzvü, İnformasiya texnologiyaları üzrə baş direktor Bəxtiyar Məmmədov iştirak etdi.
Tədbirin spikeri Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Şəlalə Məmmədova iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən bəhs etdi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxışında tələbələrdə maliyyə savadlılığının artırılması istiqamətində təqdim olunan mövzunun əhəmiyyətini xüsusi olaraq qeyd etdi. Dekan yeni iqtisadi münasibətlər şəraitində bank sisteminin fəaliyyəti ilə bağlı oxşar tədbirlərin təşkil edilməsinin gələcəyin iqtisadçıları üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq edən maliyyə təşkilatları, həmçinin bank sektorunun təmsilçilərinə, xüsusən bügünkü tədbirdə iştirak edən “Turan Bank” ASC-nin nümayəndələrinə təşəkkür etdi.
Sonra Maliyyə və mühasibat uçotu kafedrasının böyük laborantı Nuranə Bağırova “Nağdsız hesablamaların formalaşması və inkişaf tarixi” mövzusunda çıxış etdi.
Spiker daha sonra sözü “Turan Bank” ASC İdarə Heyətinin üzvü, İnformasiya texnologiyaları üzrə baş direktor Bəxtiyar Məmmədova verdi. Bəxtiyar Məmmədov tədbirə dəvət olunduğu üçün minnətdarlığını bildirdi və “Müasir şəraitdə maliyyə savadlılığının artırılması və nağdsız hesablamalar” mövzusunda geniş məruzə etdi. Müasir situasiyada hər bir kəsin maliyyə bazarında gedən proseslər barədə minimal informasiyaya malik olmasının zəruriliyini yada salan bank mütəxəssisi gələcəyin iqtisadçılarına tədbirin mövzusu kimi niyə məhz nağdsız hesablamaların seçilməsindən danışdı. O, qeyd etdi ki, nağdsız hesablamalar haqqında qanunvericiliyin əsas məqsədi dövriyyədə olan pul kütləsinə nəzarətin, vergi öhdəliklərinin yerinə yetirilməsi sahəsində şəffaflığın gücləndirilməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir.
Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı və tədbir iştirakçılarının sualları cavablandırıldı.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az