Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsində “Heydər Əliyev” ilinə həsr olunmuş açıq dərs keçirildi
Yerləşdirilmə tarixi : 08 May 2023 14:29
İqtisadiyyat və idarəetmə fakültəsində “Heydər Əliyev” ilinə həsr olunmuş açıq dərs keçirildi
Mayın 8-də SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının müəllimi Könül Şirvani 756 saylı qrupda  Azərbaycan iqtisadiyyatı fənnindən Ulu Öndərə həsr olunmuş açıq dərs keçirdi. Tələbələr Ulu Öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatındakı rolu ilə bağlı müxtəlif mövzularda təqdimatlar etdilər. Açıq dərsdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, eləcə də Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev iştirak etdilər. Açıq dərsdə tələbələr: Asəf Quliyev “Azərbaycan iqtisadiyyatının dirçəlməsində Heydər Əliyevin rolu”, Nəzrin Əsədova “Heydər Əliyev Azərbaycanın yeni iqtisadi inkişaf modelinin yaradıcısıdır”, Pünhan Məmmədov “Heydər Əliyev və Azərbaycan neft strategiyası”, Aysel Məmmədova “Azərbaycanın qeyri-neft sektorunun inkişafında Heydər Əliyevin müstəsna xidmətləri”, Şəfa Orucova “Azərbaycanın təhsili və Heydər Əliyev”, Nuray Lətifli  “Azərbaycanda multikulturalizm idealarının yaradılmasında Heydər Əliyevin rolu”, İsa Ağayev “Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri”, Yalçın Aslanov “Heydər Əliyevin Azərbaycanın xarici iqtisadi siyasətində rolu”, İlkanə Samıyeva “İlham Əliyev Heydər Əliyev irsinin layiqli davamçısıdır” mövzuları ilə bir-birindən maraqlı təqdimatlarla çıxış etdilər. Təqdimatlarda Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi birinci dönəmdə, xüsusilə 1969 ̶ 1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olunması istiqamətindəki gərgin əməyindən, xidmətlərdən bəhs etdilər. Vurğuladılar ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilmişdir. Ulu Öndərin həyata keçirdiyi neft strategiyası nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsasını qoymuşdur.
Tələbələr qeyd etdilər ki, hazırda Heydər Əliyevin ideyaları Azərbaycan dövləti tərəfindən uğurla reallaşdırılır və bu istiqamətdə yüksək nəticələr əldə edilir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində iqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması, eləcə də liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması sayəsində əhalinin maddi rifahının yüksəlməsinə şərait yaradılmışdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az