SDU-nun istehsalat təcrübəsində olan tələbələri və 12 saylı Regional Xəzinədarlıq İdarəsi əməkdaşlarının birgə təşkilatçılığı ilə tədbir keçirildi
Mayın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi 12 saylı Regional Xəzinədarlıq İdarəsində istehsalat təcrübəsində olan İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin təşəbbüsü ilə tədbir keçirildi.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup professor-müəllimi, istehsalat təcrübəsində olan tələbələr və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi 12 saylı Regional Xəzinədarlıq İdarəsinin əməkdaşları iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə Dövlət Xəzinədarlığı Agentliyi 12 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Mətləb Məhərrəmov açdı. Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin əhəmiyyətini qeyd edən Mətləb Məhərrəmov SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin istehsalat təcrübəsində olan tələbələrinin təcrübə müddətində fəallığını bildirərək, onların belə bir tədbir keçirməklə bağlı təşəbbüslərini yüksək qiymətləndirdi. Ümummilli Liderin Azərbaycan dövlətçilik tarixindəki möhtəşəm yerini xatırladan idarə rəisi ən yaxın keçmişimizdə əsası qoyulan gənclər siyasətinin konturları barədə danışdı və bu siyasətin Azərbaycanın gələcək inkişafına hesablandığını qeyd etdi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda məruzə etdi. Azərbaycançılığın mahiyyətində özünüdərketmənin dayandığını bildirən dekan bu prosesdə gəncliyin, xüsusilə onun avanqardı sayılan tələbələrin daşıdığı məsuliyyət barədə danışdı.
Sonra 722 a saylı qrupun tələbəsi Ülviyyə Hüseynovanın “Ümummilli Lider Heydər Əliyev və iqtisadi inkişafımız” mövzusundakı çıxışı maraqla qarşılandı.
Dövlət Xəzinədarlığı Agentliyi 12 saylı Regional Xəzinədarlıq İdarəsinin sektor müdiri Səbuhi Mərdanov, Maliyyə və mühasibat uçotu kafedrasını müdiri dosent Loğman Abdullayev, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, Maliyyə və mühasibat uçotu kafedrasının dosenti Dilarə Əmiraslanova, baş müəllimlər: Lyudmila İsmayılova, Röya Qurbanova, assistent Gülşən Hüseynzadə və digər çıxış edənlər Ümummilli Liderin fəaliyyətinin müxtəlif istiqamətləri barədə danışdılar. İstehsalat təcrübəsində olan tələbələrə tələbkarlığın və bununla yanaşı, qayğının onların gələcəkdə peşakar mütəxəssis kimi formalaşmasında mühüm rol oynadığı bildirildi.
Tələbələrdən Emil Məmmədov, Aysel Ağamirova, Xətai Həsənov, Bəxtin Əliyev və digərləri istehsalat təcrübəsi müddətində onlara biliklərini əsirgəməyən müəllimlərə və idarə əməkdaşlarına dərin minnətdarlıqlarını bildirdilər.
Mətbuat xidməti