Noyabrın 26-da Sumqayıt Dövlət Universitetində “1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü” ilə bağlı “Avropa İİV-ə testləşmə həftəliyi çərçivəsində” maarifləndirici aksiya keçiridi.
Tədbirdə universitetin Humanitar Məsələlər üzrə prorektoru, dosent Nizami Namazov bildirdi ki, universitetimizdə hər zaman gənclərin sağlam gələcək naminə birləşməsi və onların sağlam həyatda yaşaması üçün lazımi şərait yaradılır. Belə tədbirlərin keçirilməsində əsas məqsəd bu ağrılı problemin bir daha tələbələin diqqətinə çatdırılması, HİV/AİDS-ə yoluxma və bu virusdan qorunmanın yolları, qarşısının alınması üçün preventiv tədbirlər və müalicə barədə məlumatlandırılmasıdır.
Sonra İİV-əyə görə müayinə olunmaq istəyən tələbələrin testlə müayinəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndəsi, Epidomologiya həkimi Dilşad Mahmudova və Sumqayıt Regional QİÇS-lə Mübarizə Mərkəzinin laboratoriya şöbə müdiri Şəbnəm Mələkzadə tərəfindən aparıldı.
Tədbirin sonunda iştirakçıların AİDS və bu xəstəliyə yoluxmuş insanların hüquqları ilə bağlı sualları ətraflı cavablandırıldı.
Mətbuat xidməti