İtaliyanın Saipem neft şirkətinin rəsmi səhifəsində SDU ilə əməkdaşlıq barədə paylaşım edilib
14 aprel 2023-cü il tarixində İtaliyanın Saipem neft şirkəti və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndə heyəti arasında keçirilmiş işgüzar görüş şirkətin Milanda yerləşən baş ofisinin “Linkedin” platformasındakı rəsmi səhifəsində aşağıdakı şəkildə işıqlandırılmışdır.
“Saipem şirkəti olaraq Sumqayıt Dövlət Universitetinin nümayəndələrini Azərbaycanda – Bakıda yerləşən ofisimizdə qonaq etməkdən məmnunluq duyduq.
Səfər zamanı SDU nümayəndələri Saipemin karbonsuz enerji mənbələri sahəsində tədqiqatları ilə tanış olmaq imkanı əldə etdilər.
Saipemdə biz akademik institutlarla güclü tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyinə inanırıq. İşimizi nümayiş etdirmək və SDU ilə potensial əməkdaşlığı araşdırmaq imkanımız olduğundan qürur duyuruq.”
Keçid linki:
Mətbuat xidməti