Elmi nəşrlərin beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması istiqamətində təlimlər keçirildi
Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2023-cü il üzrə “Yol Xəritəsi”nin “Yerli elmi jurnalların nüfuzunun yüksəldilməsi və yenilərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi” bəndi üzrə 29-30 sentyabr tarixlərində ADA Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının nümayəndələri, eləcə də jurnal redaktorları üçün “Elmin inkişafında elmmetriyanın rolu: Nüfuzlu elmi jurnalların hazırlanması” mövzusunda təlim keçirilmişdir. İki gün davam edən təlimlərdə SDU-nu Elmi hissənin müdiri dosent Samir Orucov təmsil edirdi.
Tədbirdə “Elmdə etik qaydalar və alimin müəlliflik hüquqlarının qorunması”, “Elmin inkişafında elmmetriyanın rolu və beynəlxalq elmi bazaların tələbləri”, “Elmdə jurnalların informasiya texnologiyaları sisteminin formalaşdırılması və perspektivləri” və “Elmi-tədqiqat, elmi məqalələrin konseptual olaraq strukturlaşdırılması və hazırlanma metodikası” mövzularında çıxışlar və prezentasiyalar edilmiş, mövzular ətrafında universitet və rəsmi jurnal nümayəndələri ilə çıxış edən təqdimatçılar arasında müzakirələr aparılmışdır. Təlimlərin sonunda dinləyicilər uğurlu iştirakına görə sertifikatlarla təltif olundular.
Mətbuat xidməti