SDU-nun Elmi Şurasının növbəti iclası keçirildi
Oktyabrın 13-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi.
Universitetin rektoru, Elmi Şuranın sədri Rüfət Əzizov iclası giriş sözü ilə açaraq şura üzvlərini, professor-müəllim heyətini salamladıqdan sonra gündəlikdəki məsələlər barədə məlumat verdi və gündəlik təsdiq olundu.
Rektor Rüfət Əzizov SDU-nun Strateji İnkişaf Planının təkmilləşdirilməsi və ya yenidən hazırlanması barədə ətraflı məlumat verdi.
SDU-nun Strateji hədəflərə doğru dinamik inkişafının təmin edilməsi, strateji məsələlərin daim diqqət mərkəzində saxlanılması və həlli istiqamətində kollektivin səfərbər edilməsi və digər zəruri məsələlərin həll edilməsi üçün təklif olunan İşçi qrupun tərkibi təsdiq edildi.
SDU-nun Strateji İnkişaf Planının yenidən hazırlanmasına rəhbərlik və koordinasiya edilməsi İşçi qrupa həvalə edildi.
Sonra Akkreditasiya Komissiyasının Yekun hesabatında göstərilən tövsiyələrin icrasına dair SDU-nun 2024-cü il üçün Fəaliyyət Planının hazırlanması müvafiq struktur rəhbərlərinə tapşırıldı.
Məşğulluq və müəllimlərin işə qəbulu statistikasının müzakirəsi barədə ətraflı məruzə edən rektor Rüfət Əzizov Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqə şərtlərinin və testlərin daim izlənilməsi, diqqət mərkəzində saxlanılması, mövcud olan bütün yeniliklərin müəllim ixtisasında təhsil alan tələbələrə çatdırılmasını müvafiq fakültə dekanlarına və kafedra müdirlərinə tapşırdı.
SDU-da 2024-cü ildə keçirilməsi planlaşdırılan Beynəlxalq və Respublika səviyyəli elmi konfranslar haqqında Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov məlumat verdi.
SDU-da 2024-cü ildə keçiriləcək Beynəlxalq və Respublika səviyyəli elmi konfransların planının təsdiq edilib Elm və Təhsil Nazirliyinə təqdim edilməsi qərara alındı.
Elmi konfransların yüksək səviyyədə keçirilməsinin, Beynəlxalq elmi konfranslara xarici ölkə universitetlərindən iştirakçıların dəvət olunmasının təmin edilməsi Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova tapşırıldı.
8 Noyabr Zəfər gününün qeyd olunması ilə bağlı keçiriləcək tədbirlər barədə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov məlumat verdi.
Sonra Zəfər gününün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planı nəzərə çatdırıldı.
Tədbirlər Planında göstərilən bütün tədbirlərin vaxtında və yüksək səviyyədə keçirilməsinin təmin edilməsi müvafiq struktur rəhbərlərinə və ümumi nəzarət üzrə dosent Elmar Xəlilova tapşırıldı.
Müxtəlif məsələlərin müzakirəsində Elm və Təhsil Nazirliyinin “Code Academy” tədris müəssisəsinin SDU-nun Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İnformatika və riyaziyyat müəllimliyi ixtisaslarında bəzi fənlərin əvəzlənməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi.
Elm və Təhsil Nazirliyinin “Code Academy” tədris müəssisəsinin SDU-nun Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İnformatika və riyaziyyat müəllimliyi ixtisasları üzrə tədris olunan bəzi fənlərin əvəzlənməsinə icazə verildi.
SDU-nun professor-müəllim heyətinin saathesabı formada yerinə yetiriləcək dərs yükünə görə ödənişlərin artırılması və SDU-nun strukturunda bəzi dəyişikliklər barədə İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev məlumat verdi.
SDU-nun Təsərrüfat işlərinin daha çevik və səmərəli fəaliyyətini təmin etmək məqsədilə universitetdə fəaliyyət göstərən Təsərrüfat şöbəsi, Təchizat şöbəsi, Texniki istismar şöbəsi, Mülki müdafiə və YMQ, İnformasiya Texnologiyaları Mərkəzi birləşdirilərək Texniki Təminat Departamentinin yaradılması məqsədəuyğun hesab edildi.
Texniki Təminat Departamentin tərkibində Təsərrüfat, Təchizat, Texniki istismar, Mülki müdafiə və YMQ, İnformasiya Texnologiyaları Mərkəzi bölmələri yaradıldı.
Sonra Buraxılış işinin və Kurs işinin (Sərbəst işin) tərtibatına qoyulan ümumi tələblər, SDU-nun Tələbə evi haqqında Əsasnaməsi, Tələbə evinin daxili intizam Qaydaları və Tələbə evinin Tələbə Şurası haqqında Əsasnamə təsdiq edildi.
Fizika və onun tədrisi metodikası kafedrasının assistenti Ülviyyə Mustafayevanın fəlsəfə doktorluğu dissertasiyasına elmi rəhbər təsdiq edildi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi və bildirdi ki, Elmi Şuraya daxil olan 13 adda vəsaitdən 5-i dərs, 2-si monoqrafiya və 6-sı isə fənn proqramıdır.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi və Elmi Şuranın iclası yekunlaşdı.