SDU-da 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar minifutbol yarışına start verildi
Oktyabrın 14-də Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin fakültələrarası minifutbol üzrə yarışlara start verildi.
Əvvəlcə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış edərək 18 Oktyabr tarixinin əhəmiyyətindən danışdı, 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşadığını və bu müstəqilliyi ölkəmizin 1991-ci ilin 18 oktyabr tarixində yenidən bərpa etdiyini bildirdi.
Müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını və Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün konkret təhdidlər və risklərin olduğunu qeyd edən prorektor məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıtdığını və 1993-cü ildə hakimiyyətə gəldiyini diqqətə çatdırdı.
Qeyd etdi ki, müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir.
Dosent Elmar Xəlilov onu da bildirdi ki, üç il bundan əvvəl 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu.
Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişəyaşarlığına imza atdı.
Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.
Sonra yarışlara start verildi.
Qeyd edək ki, minifutbol idman növü üzrə 8 komanda öz bacarıqlarını sınadı.
Mətbuat xidməti