Sumqayit Dövlət Universitetində “KİTABİ-DƏDƏ QORQUD”un alman dilinə tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş tədbirlər:
I. 29 may 2015-ci ildə SDU-nun “Folklorşünaslıq” Elmi-tədqiqat laboratoriyasının əməkdaşlarının tələbə və magistrantlarla birlikdə “Ana kitabımız – Dədə Qorqud“ mövzusunda elmi nəzəri seminar keçirilmiş və 123 səhifəlik xüsusi toplu nəşr edilmişdir.
Elmi seminarda “Kitabi - Dədə Qorqud” boyları ilə bağlı olaraq aşağıda qeyd olunan nəticələr əldə olunmuşdur:
1.Cənubi Qafqazın toponimiyasında dastanın boyları ilə bağlı toponimlər, onların lokalizasiyası (yeri) və xəritəsi elmi cəhətdən əsaslandırılaraq göstərilmişdir;
2.Dastandakı diyarşünaslıq motivlərinin orta və ali məktəblərdə öyrənilməsi yolları, “Dədə Qorqud” motivlərinin bədii ədəbiyyat və təsviri incəsənətdə əks olunması şərh edilir;
3.Dastanda milli mentalitetimiz və etnoqrafiyamızın gözəl örnəklərindən seçmələr verməklə uyğun müqayisələr aparılmışdır. Bununla belə, insani münasibətlər, milli dəyərlər, dövlətçilik, ailə münasibətləri və s. məsələlər problem kimi qarşıya qoyulmuş və açıqlanmışdır.
II. 2015-ci il dekabrın 16-17-də “Kitabi-Dədə Qorqud” və dünya eposçuluq ənənəsi adlı beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:
1.Qorqudşünasliq;
2.Azərbaycan folkloru: toplama, nəşr və tədqiqi məsələləri;
3.Folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələri.
Konfransa indiyədək respublikamızın müxtəlif ali təhsil müəssisələrindən (BDU, BSU, AMİ, ADU, ADPU) və xarici ölkə universitetlərindən (Türkiyə, Özbəkistan, Moldova, Başqırdıstan) yüz on beş məqalə və tezis daxil olmuşdur. Məqalə və tezislər Azərbaycan, türk, rus və ingilis dillərindədir. Konfrans materialları sonda toplu halında nəşr olunacaqdır.
Tədbirlər haqqında materiallar Sumqayıt Dövlət Universitetinin www.sdu.az saytında yerləşdirilmişdir.