Tələbələrimiz “Azərtexnolayn” istehsalat müəssisəsində təcrübə keçəcək
Oktyabrın 26-da SDU-nun rektoru Rüfət Əzizov və universitet rəhbərliyi “Azərtexnolayn” MMC-də olmuş, idarəetmə personalı, həmçinin baş direktor Vüqar İzzətli ilə istehsal prosesini izləyərək əməkdaşlarla söhbət ediblər.
Görüşdə həmçinin universitetin IV kurs tələbələrinin bir qisminin istehsal təcrübələrini müəssisədə keçmək, müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri, yeni tədris proqramlarının yazılması və praktikyönümlü əməkdaşlığın vacibliyi vurğulanıb.
Universitetdə, xüsusilə mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin elmi potensialının artırılması, onların yüksək keyfiyyətli mütəxəssislər kimi hazırlanması yönündə birgə əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub, hər iki tərəf “Azərtexnolayn” kimi böyük və ən müasir texnoloji istehsal xəttləri ilə təchiz olunmuş müəssisədə SDU tələbələrinin yer ala biləcəklərinə inandığını qeyd edib.
Mətbuat xidməti