Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirildi
Yerləşdirilmə tarixi : 28 Oktyabr 2023 14:12
SDU-da Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirildi

Oktyabrın 28-də Sumqayıt Dövlət Universitetində SDU və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları arasında Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirildi.
Tədbirdə öncə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamladı, xalqımızı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik etdi. Bildirdi ki, Tədbirlər Planına uyğun olaraq Böyük Zəfərlə əlaqədar universitetdə müxtəlif müsabiqə və yarışlar keçirilməkdədir. Şanlı Qələbənin tarixindən söz açan prorektor onu da  bildirdi ki, Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin yenilməz iradəsi və qəhrəmanlıqları sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Elmar Xəlilov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edərək tədbiri açıq elan etdi. Daha sonra yarışa start verildi.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 8 komanda iştirak etdi. Nəticədə, Filologiya fakültəsinin komandası I yerə, Kimya və biologiya fakültəsinin komandası II yerə, Riyaziyyat fakültəsinin komandası isə III yerə layiq görüldülər.

Mətbuat xidməti

 

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az