Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun müəllim və tələbələri Mingəçevir SES-də
Yerləşdirilmə tarixi : 27 Noyabr 2023 13:38
SDU-nun müəllim və tələbələri Mingəçevir SES-də
Noyabrın 25-də Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Fizika və elektroenergetika fakültəsinin bir qrup müəllim və tələbəsi Mingəçevir Su Elektrik Stansiyasında ekskursiyada olub.
Stansiya avadanlıqları və orada gedən proseslərlə yaxından tanış olmaq məqsədilə baş tutan ekskursiyada müəllim və tələbələrə geniş məlumat verilib.
SES əməkdaşları-Texniki təhlükəsizlik və əməyin mühafizəsi şöbəsinin aparıcı mühəndisi Elşən Əsədov, Elektrik sexinin rəis müavini Asif Namazov və aparıcı mühəndis Pərvin Vəliyev stansiyalar haqqında danışarkən burada yenidənqurma işlərinin aparılmasına Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə başlanıldığını qeyd etməklə, prosesin davamı olaraq 2010-2017-ci illərdə burada əsaslı yenidənqurma işlərinin həyata keçirildiyini xatırladıblar. Stansiyada maşın zalının aşağı səviyyəsində yerləşən və işçi heyətin təhlükəsizliyi baxımından standartlara uyğun olmayan idarəetmə mərkəzinin müasir tələblərə tam cavab verən yeni idarəetmə mərkəzi ilə əvəz edildiyi bildirilib. 2018-ci il fevralın 27-də 424 MVt gücündə Mingəçevir SES-in əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi xatırladılıb.
Azərbaycanın enerji təminatında SES-in xüsusi yer və çəkisi vurğulanaraq tikintisinə 1941-ci ildə başlanılan, İkinci Dünya müharibəsinin başlanması ilə təxirə salınan, 1945-ci ildə bərpa olunan işlərin 1955-ci ildə tamamlandığı, 360 meqavat tam gücü ilə işə salındığı bildirilib.
Ekskursiyaçıların diqqətinə çatdırılıb ki, su qovşağına yuyulma üsulu ilə yaradılan torpaq bənd, SES-in suqəbuledicisi, suburaxıcıları, baş bina, elektrotexniki qurğular, Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının suqəbulediciləri daxil olan Stansiyanın su anbarı öz tutumuna görə uzunmüddətli istifadə üçün kifayət qədər su ehtiyatına malikdir. Ümumilikdə isə yenidənqurma işlərindən sonra stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb, stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri ilə əvəzlənib.
Mingəçevir SES-in Texniki təhlükəsizlik şöbəsinin rəisi Əli İbrahimli və digər əməkdaşlar tələbələrin suallarını cavablandırıblar. 
 
Mətbuat xidməti
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az