SDU-da intellektual bilik yarışı keçirildi
Dekabrın 9-da Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tələbələr arasında intellektual bilik yarışı keçirildi.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamladı və Ümummilli Liderin dövlətçiliyimizin, milli dəyərlərimizin qorunmasında müstəsna xidmətlərindən, elm, təhsil, mədəniyyət sahələrində gördüyü işlər barədə danışdı. Bildirdi ki, "Heydər Əliyev İli" çərçivəsində respublikamızın hər yerində olduğu kimi Sumqayıt Dövlət Universitetində də müxtəlif tədbirlər, müsabiqələr, yarışlar keçirilir, bu cür yarışların keçirilməsi olduqca tədqirəlayiqdir.
Bugünkü bilik yarışının keçirilməsində əsas məqsəd xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin təbliğ olunmasına, Ulu Öndər irsinin tələbələr tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir.
Gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən yarışda Ulu Öndərin həyat və fəaliyyətindən ibarət müxtəlif suallar təqdim edildi.
Üç mərhələdə davam edən yarışın qalibləri sırasında Tarix və coğrafiya fakültəsinin komandası I yer, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası II yer və Filologiya fakültəsinin komandası III yerin sahibi olub.
Mətbuat xidməti