İqtisadiyyat və idarəetmə fakültəsində II kurs tələbələri arasında Azərbaycan iqtisadiyyatı fənni üzrə bilik yarışı keçirildi.
Humanitar Məsələləri üzrə prorektor, dosent Nizami Namazov tədbiri Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” müdrik kəlamı ilə açaraq yarışmanın əhəmiyyətindən danışdı. Son dövr Azərbaycan iqtisadiyyatına qısa nəzər salaraq qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatını 1993-2003-cü illərdə böhran və tənəzzül məngənəsindən çıxararaq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır. İnanıram ki, siz tələbələr öz elmi-potensialınızla və pedaqoji təcrübənizlə iqtisadiyyatın gələcək nəaliyyətinə töhfələr verəcək və ən yaxşı iqtisadçı mütəxəssis olacaqsınız.
Fakültənin dekanı Aynurə Yəhyayeva bildirdi ki, bugünkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.
Dekan müavini Gülbəs Rüstəmova isə bildirdi ki, bilik yarışların gənclərimizin daha yüksək səviyyədə yetişməsinə xidmət edəcək, tələbələrin əldə edə biləcəkləri nailiyyət onlarda elmi motivasiya hissini gücləndirəcək və gələcək uğurlara istiqamətləndirəcək.
Yarışda 4 komanda – “Mühasiblər”, “Menecerlər”, “İnteqrasiya”, “Nəzəriyyəçilər” öz biliklərini sınadılar. Komandalar aktivlik göstərərək qalib olmaq uğrunda rəqabət apardılar, qeyd edək ki, xüsusi fəallığına görə “Menecerlər” qalib gəldilər. Onlar Tələbə Həmkarlar Təşkilatının diplomu və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Mətbuat xidməti