SDU-nun dosenti “Alqarış-2023” layihəsinin qalibi olmuşdur
Tatarıstan Respublikası Təhsil və Elm Nazirliyi 2006-cı ildən hər il yerli və xarici ali təhsil müəssisələrinin birgə fəaliyyəti üçün “Alqarış” qrant müsabiqəsi həyata keçirir. Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin “Bərk cisim və yarımkeçiricilər fizikası” kafedrasının dosenti Əliquliyeva Xəyalə Vaqif qızı “Alqarış-2023” layihəsinin qalibi olmuşdur. O bu layihə çərçivəsində 02.12.2023 – 09.12.2023 tarixlərində “Elektroenergetika üçün yeni perspektiv materiallar” proqramı ilə Kazan Dövlət Energetika Universitetinin Sənaye Elektronikası kafedrasının 3-cü və 4 -cü kurs tələbələrinə mühazirələr oxumuş, praktiki-laboratoriya dərsləri aparmışdır.
Mətbuat xidməti