Mühəndislik fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.
Mərasimdə ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Humanitar Məsələlər üzrə prorektor, dosent Nizami Namazov ümummili lider Heydər Əliyevin misilsiz xidmələrindən bəhs edərək bildirdi ki, Heydər Əliyevin xalqımızın çoxəsrlik dövlətçilik tarixində və taleyində ən möhtəşəm xidmətlərindən biri 1993-cü ilin iyununda Azərbaycanın və xalqımızın başının üstünü almış bütün bəlalardan qoruması, müstəqilliyimizi əbədi etməsidir.
Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayevsə bildirdi ki, Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Dosent Ulduz Ağayev ümummilli lider Heydər Əliyevin tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs etdi. Dekan Ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərdən, bununla əlaqədar imzaladığı fərman və sərəncamlardan, rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışdı.
Tələbə Gənclər Təşkilatının sədr müavini Gülnar Əsədova, Filologiya fakültəsinin II kurs tələbəsi Ələkbər Nəzərov vurğuladılar ki, Azərbaycan xalqı həmişə fəxr edir ki, onun Heydər Əliyev kimi böyük dühası var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.
Tədbir Azərbaycan xalqının Ümummilli lideri, əbədiyaşar prezident, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə davam etdirildi.
Sonda tələbələrin ifasında Azərbaycan xalqının xilaskarı Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi.
Mətbuat xidməti