SDU-nun ictimaiyyəti məlumatlandırma fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticələri
Dekabrın 16-dan 28-dək SDU-nun ictimaiyyəti məlumatlandırma fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilmişdir. Sorğuda 1000 nəfər iştirak etmişdir.
“SDU-nun rəsmi saytı və sosial media hesabları barədə məlumatınız varmı?” sorğusuna əsasən 97,3% bəli, 2,7 % xeyr cavabını qeyd etmişdir.
“Universitetdə görülən işlərlə bağlı informasiyaları daha çox hansı mənbələrdən əldə edirsiniz?” sorğusuna əsasən 38,3 % rəsmi saytdan, 51,9 % sosial media hesablarından, 0,8 % KİV-dən, 9 % isə digər vasitələrlə əldə etdiyini qeyd edib.
“Universitetin rəsmi saytının strukturunu necə qiymətləndirirsiniz?” sorğusuna əsasən 70,3% yaxşı, 26,75 qənaətbəxş, 2,9 % isə qaneedici hesab etmir.
“SDU-nun rəsmi saytında informasiyaların paylaşılma tezliyi sizi qane edirmi?” sorğusuna əsasən 78,9% bəli, 17,3% qismən, 3,8% xeyr cavablarını qeyd edib.
“SDU-nun rəsmi saytında yayımlanan informasiyaların dolğunluğu sizi qane edirmi?” sorğusuna əsasən 81% bəli, 16% qismən, 3% xeyr cavablarını qeyd edib.
“Məlumatların hansı formada paylaşımı diqqətinizi cəlb edir?” sorğusuna əsasən 53,1 % foto, 33,1% yazılı, 13,8% video şəklində cavablarını qeyd edib.
“SDU-nun sosial media hesablarının fəaliyyətini necə qiymətləndirirsiniz?” sorğusuna əsasən 55,1 % əla, 43,1 % qənaətbəxş, 1,8% qaneedici hesab etmir.
“Sorğularınızın cavablandırılmasının operativliyi sizi qane edirmi?” sorğusuna əsasən 73,8% yaxşı, 22,60% qismən, 3,5% qaneedici hesab etmir.
Qeyd edək ki, aparılmış sorğu çərçivəsində universitetin ictimaiyyəti məlumatlandırma fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində iştirakçıların rəy və təklifləri dəyərləndiriləcək.
Mətbuat xidməti