Startap komandamız "Demo Day" hazırlıq təlimində iştirak edib
26-27 yanvar SDU-nun İnnovasiya Yaradıcılıq Mərkəzinin startap komandası “SUP.VC” şirkəti ilə “İNNOSTART” inkubasiya proqramının "Demo Day" hazırlıq təlimində iştirak edib. Təlimin ilk günü komanda Mirceyhun Quliyevin "Rəqəmsal Marketinq" təliminə qatılıb. Təlimdə startap layihələrinin hazırlanması qədər onların marketinqinin də önəmi vurğulanıb. Təlimçi Mirceyhun Quliyev iştirakçıların üzərində işlədikləri startap layihələri haqqında məlumat əldə etdikdən sonra bu barədə ona ünvanlanan sualları cavablayıb.
"Demo day" təliminin ikinci günü “SUP.VC” şirkətinin rəhbəri Rəşad Eyvazov və "Nextsale" startapının təsisçisi Orxan Hacıyev öz təqdimatları ilə investorlar qarşısında çıxışla bağlı təcrübələrini bölüşüblər.
Mətbuat xidməti