Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Əsaslı dizayn metodu ilə sahibkarlıq və yeni biznesin inkişafı” proqramı çərçivəsində infosessiya keçirilib
Yerləşdirilmə tarixi : 19 Fevral 2024 13:51
SDU-da “Əsaslı dizayn metodu ilə sahibkarlıq və yeni biznesin inkişafı” proqramı çərçivəsində infosessiya keçirilib
Fevralın 19-da Sumqayıt Dövlət Universitetində “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı çərçivəsində infosessiya keçirildi.
Tədbiri Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov açaraq iştirakçıları salamladı, proqramın məqsəd və məramından, tələbələr üçün üstünlüklərindən, gənclər arasında sahibkarlığın təşviqindən və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən danışdı. Rektor bildirdi ki, “Əsaslı dizayn metodu ilə sahibkarlıq və yeni biznesin inkişafı” proqramının məqsədi tələbələrdə sahibkarlıq və məhsul inkişafı üçün vacib olan hərtərəfli bacarıqları formalaşdırmaq və inkişaf etdirməkdir. Bu kimi layihələr gənclərin məşğulluğunun təmin edilməsi və onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra Rüfət Əzizov tələbələrə proqramın mahiyyəti və strukturu haqqında ətraflı məlumat verdi. O, bildirdi ki, 15 həftə davam edəcək proqramda tədris Türkiyə Respublikasından dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər tərəfindən keçiriləcək.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az