Riyaziyyat fakültəsində “Kiber hücumlar və onlardan müdafiə” mövzusunda təlim keçirilib
Fevralın 22-də İnformatika kafedrasının təşkilatçılığı ilə Qlobal İnnovasiyalar İndeksi üzrə Plana əsasən “Kiber hücumlar və onlardan müdafiə” mövzusunda təlim keçirildi.
Təlimdə İnformatika kafedrasının dosenti Gülnarə Abbasova çıxış edərək iştirakçıları salamladı və mövzunun aktuallığından bəhs edərək bildirdi ki, İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı özü ilə bir sıra problemlər də gətirib. Xüsusilə də informasiyanın əlçatanlığını asanlaşdıran yeni texnologiyalar virtual aləmdə təhlükəsizlik problemlərini də aktuallaşdırıb.
Dosent Gülnarə Abbasova kibertəhlükəsizlik anlayışı, kiberhücumlar, kiberhücumlardan müdafiə yolları, Windows əməliyyat sistemində troyanlar, Android əməliyyat sistemində troyanlar, ARP Spoofing və ARP Poisoning Beef, Fişinq haqqında tələbələrə geniş məlumat verdi.
Riyaziyyat fakültəsinin tələbəsi Nicat Babayev müasir İKT avadanlıqlarından istifadə etməklə mövzu ilə bağlı məlumatları təqdimat formasında, praktiki nümunələrə əsaslanan videoçarx vasitəsilə nümayiş etdirdi.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılandı. Mövzu ətrafında müzakirələr aparıldı.
Mətbuat xidməti