"Sumqayıt Dövlət Tələbə İnkişaf Proqramı” layihəsinə start verildi
Fevralın 24-də SDU Tələbə Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Sumqayıt Dövlət Tələbə İnkişaf Proqramı”nın açılışı baş tutdu.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşdə SDU-nun Sosial məsələlər üzrə prorektoru dosent Elmar Xəlilov proqramda iştirak edən tələbələrə uğurlar arzuladı, “SDTİP”in tələbələrin bacarıqlarının inkişafına töhfə verəcəyini qeyd etdi.
Daha sonra SDU TGT sədri Rəvan Paşayev tələbələrə proqram barədə ətraflı məlumat verdi.
Proqramın məqsədi tələbələrimizin motivasiyasını artırmaq, liderlik bacarıqlarını inkişaf etdirmək, müəllimlər və mentorlar vasitəsilə onlara təhsil və karyera hədəfləri ilə bağlı dəstək verməkdir.
2 ay müddətində davam edəcək proqramı uğurla başa vuran tələbələrimiz sertifikatla təltif olunacaq.
Qeyd edək ki, proqrama 200 nəfər tələbə müraciət etmiş və onlardan 100-ü proqramda iştirak etmək haqqı qazanmışdır.

Mətbuat xidməti