Tələbələrimiz istehsalat təcrübəsinə davam edirlər
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri “Rabitəbank”ASC, “Bankavrasiya” ASC, “Atəşgah” Sığorta Şirkəti, Sumqayıt şəhər Statistika İdarəsi, Sumqayıt Asan Xidmət Mərkəzində istehsalat təcrübələrinə davam edirlər.
Həmin müəssisələrdə tələbələrimizin təcrübə əldə etmələrinə geniş imkanlar yaradılıb. Bu təcrübələrdə tələbələrimiz tədris ili boyu əldə etdikləri nəzəri bilikləri daha dərindən mənimsəyir və peşəkar kadr kimi formalaşırlar.
“Rabitəbank” ASC-də istehsalat təcrübəsi keçən İqtisadiyyat və idarəetmə fakültəsinin sonuncu kurs tələbəsi Təranə Rüstəmzadə bu sahə ilə bağlı təcrübədə mühüm bilik və bacarıqlar əldə etdiyini qeyd edib və gələcəkdə bu təcrübələrin onun karyera həyatında böyük rol oynayacağını vurğulayıb.
Mətbuat xidməti