SDU-da MİQ-ə hazırlıq məqsədilə təlimlər davam edir
Fevralın 20-dən etibarən Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Ümumi təhsil və məktəbəqədər təlim və tərbiyə müəssisələrinə müəllimlərin işə qəbul prosesində IV kurs tələbələrinə metodik dəstək göstərmək məqsədilə əlavə təlimlər təşkil edilmişdir.
Bu təlimlərdə məzun olacaq tələbələr ixtisas və Metodika (Kurikulum) fənnlərindən hazırlıq dərsləri alırlar.
Təlimlərin keçirilməsində məqsəd təhsilalanların sürətlə dəyişən tələbatlarına cavab vermək, yeni texnologiyalardan istifadə etmək, dərsləri yüksək səviyyədə təşkil etmək, fərqli metodikalarla tələbələrin maraq, meyil, potensial imkanlarını aşkarlamaqdır.
İxtisas fənnlərini Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Arzu Hüseynova, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müəllimi Aynur Əhmədova, Metodika (Kurikulum) fənnini Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aynurə Bağırova və təlimçi Xəyalə Quliyeva tədris edirlər.
Qeyd edək ki, təlimlər SDU-nun III tədris binasında keçirilir. IV kurs tələbələrindən Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə 49, İbtidai sinif müəllimi ixtisası üzrə 32, Məktəbəqədər təhsil ixtisası üzrə 23 tələbə təlimlərə cəlb olunmuşdur.
Mətbuat xidməti